Avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb - TƏBİB

19:48 05.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

TƏBİB-dən hafta.az-a verilən xəbərə görə, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb.

Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.